Tbilisidə keçirilən dünya birinciliyində samboçularımız daha iki medal qazanıblar

149

Tbilisidə sambo güləşi üzrə dünya birinciliyinin ikinci gününə yekun vurulub. NUHÇIXAN xəbər verir ki, yeniyetmə idmançılarımızdan Emin Haqverdiyev (65 kq) və Toğrul Salmanov (87 kq-dan yuxarı) bürünc medal qazanıblar.

Qeyd edək ki, yarışların ilk günü gənclərdən ibarət yığma komandanın üzvü Fuad Məmmədov (62 kq) gümüş, yeniyetmələrin mübarizəsində Vilayət Bayramov (60 kq) bürünc mükafata sahib olublar. Hazırda komandamızın aktivində 1 gümüş, 3 bürünc medal var.

Yarışlar davam edir. Dünya birinciliyinə oktyabrın 14-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: