Muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə olunublar

233

Bu günlərdə Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərin və istedadlıqadınların rəsm və əl işlərindən ibarət sərgi-satış keçirildi. Sərgi-satışda 188 müəllifin sərgilənən 2500-ə qədər əl işindən 700-ə yaxını satılıb. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a  verilən məlumata görə  sərgi-satışda nümayiş olunan  yun paltarlardan 150-ə yaxını muxtarrespublikanın ümumtəhsil məktəblərində təhsil alan bir qrup şagirdə  hədiyyə olunub. Bu münasibətlə Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta İnternat məktəbindətədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovavə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinaziri Cavid Səfərov iştirak edib. Onlar bildiriblər ki, uşaqların sosial ehtiyaclarının hərtərəflitəmini, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi,təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi dövlətin diqqət mərkəzindəsaxlanılır. Bu tədbir də dövlətimizin göstərdiyi qayğının təzahürüdür.

Sonra  Ordubad şəhər tam ortaİnternat Məktəbində təhsil alan 47 uşağa yun paltarlar hədiyyəolunub. İnternat məktəbinin şagirdi Ural Əmirov  göstərilən bu diqqət vəqayğıya görə dövlətimizə öz minnətdarlığını bildirib.

Qeyd edək ki,  həmçinin muxtar respublikanın digər rayonlarında və Naxçıvan şəhərində də ümumilikdə 63 uşağa  yun paltarlar hədiyyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: