NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Naxçıvan Dövlət Film Fondu və Naxçıvan Muxtar Respublikasının rayon və şəhər təhsil şöbələrinin birgə təşkilatçılığı ilə bu ilin oktyabrından 2019-cu ilin may ayınadək “Milli filmlərimiz” adlı kinoviktorina keçirilməsi nəzərdə tutulub.
Kinoviktorinada Muxtar Respublikada fəaliyyət göstərən orta məktəblərin 5-9-cu sinif şagirdləriiştirak edirdilər. Kinoviktorinanın əsasnaməsində də göstərildiyi kimi yarışın keçirilməsində məqsəd məktəblilərin kino biliyinin yoxlanması, milli kinonun təbliğidir.
Oktyabrın 11 də Naxçıvan Muxtar Respublika Gənclər Mərkəzində Naxçıvan şəhərindəki ümumtəhsil məktəbləri arasında ilk seçim turu keçirilib. Kinoviktorinanın ilk iştirakçıları Naxçıvan şəhərinin 2, 6, 14 və 15 nömrəli tam orta məktəblərinin şagirdləri olub. Yarış iki turda keçirilib. Hər turda iştirakçılara25 sual verilib və hər düzgün cavab birinci turda 100 balla, ikinci turda isə 200 balla qiymətləndirilib.
Son nəticəyə görə ən çox bal toplayan15 №-li tam orta məktəbin kollektiviyarımfinalda iştirak etmək hüququ qazanıb.
Yarımfinal və final mərhələləri may ayında keçiriləcəkdir.