Muxtar respublikada fövqəladə hallara hazırlıq tədbirləri görülür

141

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, bu ilin ötən dövründə yanğın təhlükəsizliyi şöbələri tərəfindən 12 taktiki-xüsusi təlim keçirilib.

Təlimlərdə fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan 122 müəssisə və təşkilatın fövqəladə hallara hazırlığı yoxlanılıb. Bundan başqa, 169 ümumtəhsil məktəbində, 14 uşaq bağçasında və 166 digər obyektdə mülki müdafiə işinin təşkili vəziyyəti, 17 tibb müəssisəsində ixtisaslaşdırılmış həkim yardım briqadalarının hazırlığı yoxlanılaraq müvafiq tədbirlər görülüb. 2 mərkəzi icra hakimiyyəti orqanının, 1 sahibkarlıq subyektinin və 3 xəstəxananın fövqəladə hallarda fəaliyyət planları işlənib hazırlanıb. Həmçinin əhalinin fövqəladə hadisələrdən qorunma qaydaları ilə bağlı 160 obyektdə 4276 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib. 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar 335 qazanxanada yoxlamalar, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 3251 obyektdə və 4175 mənzildə yanğın-texniki müayinələr aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: