NUHÇIXAN xəbər verir ki, ilk oyun günündə 4 liqada 7 qarşılaşma baş tutacaq.
D Liqasında mübarizə aparan Azərbaycan yığması səfərdə Farer adaları ilə üz-üzə gələcək. Qrupun digər matçında isə Kosovo Maltanı qəbul edəcək.
İki oyundan sonra milli komandamız qrupda 2 xalla III pillədə qərarlaşıb. Kosova 4 xalla turnir cədvəlinə başçılıq edir. Farer adaları 3 xalla ikinci, Malta isə 1 xalla sonuncudur.
İlk oyun günündə A Liqasında bir qarşılaşma təşkil olunacaq. Polşa doğma meydanda Portuqaliya ilə münasibətlərə aydınlıq gətirəcək. Poruqaliya 3 xalla qrupda liderdir. Polşa və İtaliyanın isə hərəyə 1 xalı var.
Günün digər maraqla gözlənilən matçı isə B liqasında reallaşacaq. Rusiya evdə İsveçlə qarşılaşacaq. Şimal qonşularımız bir oyuna 3 xalla liderdir. Qrupda iki oyun keçirən Türkiyənin də 3 xalı mövcuddur. İsveçin isə hələ ki, xalı yoxdur.
UEFA Millətlər Liqası
III tur
A Liqası
3-cü qrup
22:45. Polşa – Portuqaliya
Xal durumu: Portuqaliya – 3 xal (1 oyuna), İtaliya – 1 (2), Polşa – 1 (1)
B Liqası
2-ci qrup
22:45. Rusiya – İsveç
Xal durumu: Rusiya – 3 xal (1 oyuna), Türkiyə 3 (2) İsveç – 0 (1)
C Liqası
1-ci qrup
22:45. İsrail – Şotlandiya
Xal durumu: Şotlandiya – 3 xal (1 oyuna), Albaniya – 3 (2), İsrail – 0 (1)
4-cü qrup
22:45. Litva – Rumıniya
22:45. Monteneqro – Serbiya
Xal durumu: Monteneqro – 4 xal, Serbiya – 4, Rumıniya – 2, Litva – 0
D Liqası
3-cü qrup
22:45. Farer adaları – Azərbaycan
22:45. Kosovo – Malta
Xal durumu: Kosovo – 4 xal, Farer adaları – 3, Azərbaycan – 2, Malta – 1.