Voleybol üzrə dünya çempionatında millimizin yer aldığı “F” qrupunda üçüncü turun oyunları başa çatıb

123

Yaponiyada keçirilən voleybol üzrə qadınlar arasında dünya çempionatının ikinci mərhələsində Azərbaycan millisinin yer aldığı “F” qrupunda üçüncü turun oyunları başa çatıb.

NUHÇIXAN xəbər verir ki, “F” qrupunun Osaka şəhərində keçirilən oyunlarında Bolqarıstan komandası Tailand yığmasını 3:2 (25:18, 22:25, 18:25, 25:22, 19:17), İtaliya voleybolçuları Rusiya komandasını 3:1 (22:25, 25:20, 25:18, 25:22) hesabı ilə məğlub edib.

Xatırladaq ki, oktyabrın 10-da Türkiyə komandası ilə qarşılaşan millimiz gərgin mübarizə nəticəsində 3:1 hesabı ilə məğlub olub.

Günün sonuncu görüşündə Çin komandası ABŞ millisi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyun 3:0 (25:17, 26:24, 25:18) hesabı ilə Çin millisinin xeyrinə başa çatıb.

Oktyabrın 11-də “F” qrupunda mübarizənin başa çatmasına bir tur qalmış İtaliya komandası 24 xalla birinci, Çin yığması 21 xalla ikinci, ABŞ millisi 19 xalla üçüncü yerdə qərarlaşıblar. Azərbaycan millisi 6 xalla sonuncu yerdədir.

Cədvələ əsasən, oktyabrın11-də Azərbaycan millisi sonuncu oyununu Bolqarıstan, Çin komandası Rusiya, Türkiyə yığması Tailand komandaları ilə keçirəcəklər. Millimizin Bolqarıstan yığması ilə görüşü Bakı vaxtı ilə saat 5:40-da başlanacaq.

Qaydalara görə, ikinci mərhələdə qruplarda I-III yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: