Məktəblilər arasında Şahmat üzrə Muxtar Respublika Birinciliyinə start verilib

174

NUHÇIXAN xəbər verir ki, Şahmat Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdikləri muxtar respublika  birinciliyində Naxçıvan şəhərini və rayonları təmsil edən 8 komanda yer alıb. Hər komandada 4 oğlan və 2 qız şahmatçı var. Reqlamentə əsasən nəticələr dairəvi sistem üzrə hesablanır.

Şəhər və rayon birinciliklərində qalib gələn şahmatçılar bu dəfə final mərhələsində güclərini sınayırlar. Oktyabrın 12-də başa çatacaq muxtar respublika birinciyinin qalibləri diplom və kubokla mükafatlandırılacaqlar.

Emil Səmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: