Avokadonu vegeterianlar da menyuya daxil edirlər

142

NUHÇIXAN xəbər verir ki, arxeoloji faktlara görə, avakado eramızdan əvvəl III minillikdə yetişdirilib. Atsteklər onu auakatl-meşə yağı və ya alliqator armudu adlandırıblar. Bu bitkinin adı ilk dəfə ədəbiyyatda 1553-cü ildə ispan tarixçisi, keşiş Pedro Syes de Leonun “Perunun xronikası” əsərində aquakate şəklində işlənib.

Bir çox tropik və subtropik ölkələrdə yetişdirilən avokado ağacının məhsuldarlığı çox yüksəkdir və bir ağac təxminən 150-200 kiloqram məhsul verir.

Meyvə olmasına baxmayaraq, çox vaxt onu tərəvəz hesab edirlər. Yetişmiş avakado meyvələrinin uzunluğu 5 santimetrdən 20 santimetrə, çəkisi 50 qramdan 1,8 kiloqrama qədər olur. Yetişmiş avokadonun ləti yaşıl və ya sarımtıl yaşıldır və onun tərkibində çoxlu yağ olur. Avokadunun yarpaq və toxumunun tərkibində persin adlanan fingisit toksin orqanizm üçün təhlükəlidir, orqanizmdə allergik reaksiya və həzm sistemində pozulma yarada bilər. Onun meyvəsinin süd verən analara verilməsi körpədə ishal törədə bilər.

Avokado qocalma əleyhinə olan məhsullar sırasında liderlik edir. Onun tərkibində bitki yağı, E vitamini, bananda olduğundan daha yüksək kalium, qlütation və s. var. 100 qram avokadonun enerji dəyəri 245 kaloridir. Tərkibində ziyanlı yağlar və şəkərlər olmadığına görə pəhriz rasionuna daxil edilə bilər.

Kulinariyada avokadonun lətindən soyuq yeməklərin hazırlanmasında istifadə edilir. Vegetarianların menyusuna daxil olaraq ət və yumurtanı əvəz edir. Avokadonun quş əti, qırmızı balıq və kürü ilə yeyilməsi daha yaxşıdır. Ümumiyyətlə onu çiy halda yemək lazımdır, çünki tərkibindəki tinin maddəsi termiki emaldan sonra acı dad verir. Avokado çox tez qaraldığına görə təmizlənən kimi yeyilməli və ya salata qatılmalıdır.

Avokado bütün orqanlara yaxşı təsir göstərir. Yaddaşı möhkəmləndirir, ürək-damar xəstəliklərinin əmələ gəlmə səbəblərini azaldır, ürəyin düzgün işləməsini təmin edir, su-duz mübadiləsini normalaşdırır, stressə qarşı müqaviməti artırır, arterial təzyiqi aşağı salır, qanyaranmanı stumullaşdırır. Avokado həzm sistemi xəstəliklərində, xüsusən də qəbizliyin müalicəsində faydalı təsir göstərir. Avokadodan əldə edilən yağ ətriyyat sənayesində istifadə edilir. Fransada avokado yağı əsasında hazırlanan preparat sklerodermiya, paradontoz, artroz və Pecet xəstəliklərinin müalicəsində uğurla tətbiq edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: