Naxçıvanda kross yarışı keçirilib

65

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə Naxçıvan Muxtar Respublika turniri keçirilib.

NUHÇIXAN xəbər verir ki, yarışı Naxçıvan  Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi yarışa 250 idmançı qatılıb. Oğlan və qız atletlər 5 km məsafə qət ediblər.

Turnirdə ali və orta ixtisas təhsili müəssisələri ilə yanaşı Heydər Əliyev adına Hərbi Liseyin kursantları da qələbə üçün mübarizə aparıblar.  Nəticədə, oğlanlar arasında finiş xətini hamıdan tez qət edən Əmrah Nağıyev birinci yerə layiq görülüb. Cavid Qasımov ikinci, Səfər Tağıyev isə üçüncü yerin sahibi olub.

Qızların mübarizəsində isə Gülayə Cəfərova birinciliyi heç kimə güzəştə getməyib. Cansu Abbasova ikinci, Telli Abbasova isə üçüncü yerə layiq görülüb.

Sonda ilk onluqda qərarlaşan idmançılara  diplom və hədiyyələr təqdim olunub. Mükafatlandırmadan sonra idmançılar Duzdağ Fizioterapiya Mərkəzində olublar. Onlara mərkəz haqqında ətraflı məlumat verilib.

          Elvin Quliyev

NTV xəbər

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: