NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının cari ilin 9 ayında fəaliyyəti və qarşıda duran vəzifələrilə bağlı Şura iclası keçirilib.
İclasda Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası və onun lideri xalqımıza rifah, ölkəmizə inkişaf gətirib.
Qeyd edilib ki, 2018-ci ilin 9 ayı ərzində rayonda Yeni Azərbaycan Partiyasının sıralarına 89 üzv qəbul edilib. Cari ilin hesabat dövrü ərzində təşkilatın 3 şura, 9 idarə heyəti yığıncağı keçirilib. Kəngərli rayonunda partiya üzvü olan gənclərin sayı 1007 nəfərdir. Bunlardan 560-nı qadınlar təşkil edir. Gənclər rayonun təhsil, səhiyyə, mədəniyyət, idarəetmə və digər sahələrində çalışırlar.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib. Çıxışlarda ötən 9 ayda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verilib.
Gülməmməd Əliyev