Kəngərlidə 38 nəfərə sosial sığorta şəhadətnaməsi verilib

409

Naxçıvan   Muxtar  Respublikası Dövlət Sosial  Müdafiə Fondunun Mətbuat Xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Kəngərli rayonu üzrə yeni əmək fəaliyyətinə başlayan 38 nəfər sığortaolunana sosial sığorta şəhadətnaməsi təqdim edilib. Sığortaolunanlardan 11-i müəssisə və təşkilatlarda  çalışanlar, 27-si isə  fiziki şəxslər olub. Bununla da  rayonda sosial sığorta şəhadətnaməsi ilə təmin olunan sığortaolunanların sayı 9259 nəfərə çatıb.

Fondun Kəngərli rayon şöbəsinin təşkilatçılığı ilə Qıvraq qəsəbəsində keçirilən tədbirdə həmçinin, fərdi uçotun təşkili sahəsində maarifləndirici məlumatlar da verilib.

Fondun Kəngərli rayon şöbəsinin müdiri Aqşin Əliyev qeyd edib ki, hər bir işləyən vətəndaş özünün təminatlı gələcəyi üçün sosial sığorta şəhadətnaməsini mütləq əldə etməlidir. Aldığı əmək haqqının tam məbləğdə əmək haqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Çünki gələcəkdə vətəndaş üçün təyin ediləcək əmək pensiyalarının məbləği sığorta stajından və vətəndaşın fərdi şəxsi hesabında toplanmış məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.

Tədbirdə həmçinin fərdi uçot sistemində elektron xidmətlərin tətbiqi barədə təbliğat işlərinin aparılması, rayonda vətəndaşların maarifləndirilməsi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Naxçıvan Muxtar Respublikası Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olan sığortaedənlər “Sığortaolunanın onlayn uçota alınması” elektron xidmətindən istifadə etməklə fərdi uçot sistemində uçota alınaraq sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. “Sığortaolunanın onlayn uçota alınması” xidməti sığortaedənlərlə Fondun yerli orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır və sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: