Şəkərli diabetlə bağlı maarifləndirici tədbir keçirilib

162

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov tədbir iştirakçılarına  şəkərli diabet xəstəliyi haqqında ətraflı məlumat verib. Bildirib ki, bu xəstəliyin profilaktikası və müalicəsi vaxtında aparılmazsa çox ciddi fəsadlar törədə bilər. Məhz buna görə də dövlət tərəfindən şəkərli diabetlə mübarizə istiqamətində mühüm addımlar atılıb. Hazırda şəkərli diabet xəstələrinin bütün profilaktiki və digər zəruri müalicə vasitələri və preparatları dövlət vəsaiti hesabına təmin olunur. Bu xəstəlikdən əziyyət çəkən şəxslər mütləq  ərazi xəstəxanasına müraciət etməli və şəkərli diabet xəstəsi kimi qeydiyyata düşməlidirlər. Digər mütəxəssislər də mövzu ətrafında çıxış ediblər.

  Sadiq Məmmədov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: