Dünyanın nüfuzlu internet portalı Naxçıvandan yazıb

229

NUHÇIXAN xəbər verir ki, dünyanın nüfuzlu internet portallarından sayılan www.webnewswire.com saytında Naxçıvan haqqında ingilis dilində  məqalə yer alıb. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” başlıqlı məqalədə  Naxçıvanın tarixi və idarəçilik sistemi haqqında məlumat verilib.

“Yaşı 5 min ilə çatan  Naxçıvan Qafqazın ən qədim mədəniyyət mərkəzlərindəndir. Ərazisi 5,5 min kvadrat kilometr, əhalisinin sayı isə 450 min nəfərdir. İran, Türkiyə, Ermənistanla sərhəddə yerləşən və  Azərbaycanın ayrılmaz hissəsi olan bu ərazi 1924-cü ildə Moskva və Qars müqavilələrinə əsasən muxtariyyat qazanıb. Naxçıvan Azərbaycanın qədim  dövlətçilik ənənəsindən və sivilizasiyadan xəbər verir. Naxçıvan tarixən Azərbaycan Atabəylər dövlətinin, Naxçıvan xanlığının və 20-ci əsrdə Araz-Türk Respublikasının paytaxtı olub. Burada minlərlə dünya və yerli əhəmiyyətli tarixi abidə qeydə alınıb. Naxçıvan Türk-İslam abidələri ilə də zəngindir və bunların əksəriyyəti bu günə qədər  qorunub saxlanır”- deyə məqalədə məlumat verilir. Bundan başqa, məqalədə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan   bölməsi, buradakı ali təhsil ocaqları, Heydər Əliyev adına Hərbi Lisey və 216 məktəb haqqında da məlumat verilib. Onun tarixi və mədəni potensialı nəzərə alınmaqla 2009-cu ildə Naxçıvan 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilib və bu adı şərəflə daşıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: