“Azərbaycan dilinin paronimlər lüğəti” çapdan çıxıb

223

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçisi, dosent Nərgiz Hacıyevanın “Azərbaycan dilinin paronimlər lüğəti” işıq üzü görüb.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, lüğətin elmi redaktorları professorlar Tofiq Hacıyev və İsmayıl Məmmədli, rəyçiləri isə professor Qara Məşədiyev, Nadir Məmmədli və dosent İntizar Salahovadır.

Azərbaycan dilində səslənməsində və tələffüzündə çətinlik yaradan bir sıra sözlər var ki, bunlar eyni və müxtəlif köklü olaraq dilçilikdə paronim sözlər adlanır. Yeni nəşr paronimlər barədə yazılan ilk lüğətin genişləndirilmiş şəkli olub, 1600-dan çox sözü əhatə edir. Lüğət “Ön söz”, əlifba sırası ilə düzülmüş paronim sözlər, frazeoloji paronimlər və onların izahından ibarətdir.

Lüğət geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: