Beynəlxalq Polis Təşkilatı – İnterpolun prezidenti Men Hunvey oktyabrın 7-də istefa verib.
NUHÇIXAN RİA Novosti agentliyinə istinadla bildirir ki, bu barədə qurumun Liondakı Baş Katibliyinin bəyanatında bildirilib.
Bəyanatda vurğulanır ki, qaydalara uyğun olaraq təşkilatın yeni rəhbəri birinci vitse-prezident Kim Çon Yan olacaq.
Yeni prezidentin seçkiləri noyabrın 18-dən 21-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək qurumun Baş Assambleyasının sessiyası çərçivəsində baş tutacaq.