Qan damarlarının bərpasına kömək edə biləcək yeni hüceyrələr kəşf edilib

174

İtaliyalı bioloq Alessandro Fantin London Universitet Kollecindən olan həmkarları ilə birlikdə qan damarlarının bərpasına kömək edə biləcək yeni hüceyrələr kəşf edib. Onların bu kəşfinə dair araşdırmaları Britaniyanın “Nature” jurnalında dərc edilib.

NUHÇIXAN xəbər verir ki, tədqiqat prosesində siçan embrionlarının kök hüceyrələrindən istifadə edilib və uğurlu alınıb. Hüceyrələri insanlarda tətbiq etmək mümkün olarsa, regenerativ tibbdə bu kəşf ürək-damar xəstəliklərinin müalicəsində istifadə edilə bilər.

Aparılan 11 illik tədqiqatlar qanda dövr edən kök hüceyrələrinin “endotelial” hüceyrələrə çevrilə biləcəyini üzə çıxarıb ki, bu hüceyrələr də qan damarlarını formalaşdıran mühüm hissəciklərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: