Bu gün Azərbaycan millisi Yaponiyada voleybol üzrə qadınlar arasında dünya çempionatının ikinci mərhələsində ilk oyununu keçirəcək.
NUHÇIXAN xəbər verir ki, İtaliya yığmasına qarşı keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 11:10-da başlayacaq.
Osaka şəhərində davam edəcək ikinci mərhələnin oyunlarında Azərbaycan komandası İtaliya ilə yanaşı, Çin, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstan yığmaları ilə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparacaq.
Cədvələ əsasən oktyabrın 7-də başlayacaq yarışın ilk günündə Türkiyə yığması Rusiya, Bolqarıstan komandası ABŞ, Çin idmançıları isə Tailand voleybolçuları ilə qarşılaşacaqlar.
Azərbaycan millisi oktyabrın 8-də Çin, iki gün sonra Türkiyə, ayın 11-də isə Bolqarıstan idmançılarına qarşı mübarizə aparacaq.
Qaydalara görə, ikinci mərhələdə qrup daxilində I-III yerləri tutan komandalar növbəti mərhələyə adlayacaq.