Muxtar respublikada pensiyalar müasir üsullarla ödənilir

551

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, pensiyaçıların ərizələri nəzərə alınmaqla kənd yerlərində pensiyaların poçt şöbələri vasitəsilə ödənilməsi üçün Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri ilə “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələri arasında müqavilələr imzalanıb. Nəticədə, kənd yerlərində yaşayan pensiyaçılar pensiyalarını vaxta və vəsaitə qənaət edərək kəndlərdəki poçt bölmələrindən rahat şəkildə ala bilərlər. Bunun üçün kənd yerlərində yaşayan pensiyaçılar istədikləri halda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinə və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli poçt bölmələrinə ərizə ilə müraciət edə bilərlər.

Həmçinin pensiyaçılar pensiyalarını plastik kartlarla bankomatlar vasitəsi ilə ala bilirlər. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu əmək pensiyaçılarına pensiyaların plastik kartlarla bankomatlar vasitəsi ilə ödənilməsini “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti və muxtar respublikada fəaliyyət göstərən digər banklar vasitəsilə həyata keçirir.

Bu gün pensiyaçılara daha yüksək səviyyədə xidmət göstərilməsi üçün pensiyaların həm plastik kartlarla, həm də pensiyaçıların ərizələrinə əsasən yaşayış yerlərində poçt bölmələri vasitəsilə ödənilməsi işi yüksək səviyyədə təşkil edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: