“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının üçüncü günündə turnirin liderləri qarşılaşacaq

79

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının üçüncü günündə “A” qrupunda azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli şahmatçılarından olan Eltac Səfərli belarusiyalı qrossmeyster Aleksey Aleksandrovla üz-üzə gələcək.

NUHÇIXAN xəbər verir ki,  iki turdan sonra hər iki şahmatçının aktivində 2 xal olması görüşün gərgin keçəcəyindən xəbər verir. Digər görüşlərdə Nicat Məmmədov Qədir Hüseynovla, israilli qrossmeyster İlya Smirin portuqaliyalı grossmeyster Luis Qaleqo ilə, türkiyəli qrossmeyster Sanal Vahap isə ukraynalı qrossmeyster Vitaliy Bernardskiylə qarşılaşacaq.

“B” qrupunda şahmatçımız İsmayıl Qurbanov iranlı həmkarı Cəfər Xamisi ilə, Samir Davidov Süleyman Süleymanlı ilə, Elvin Bayramov iran təmsilçisi Guran Orimi Mehdi ilə, FİDE ustası Aynur Kətanova isə Aysel Məmmədova ilə üz-üzə gələcək.

Beynəlxalq Şahmat Festivalının “C” qrupunda Oğuz Cabbarlı-Niyazi Qafarov, Zahid Allahverdiyev-Murad Mehdizadə, İlkin Qəbulov-Vüqar Orucəliyev, Zərrin Məmmədli-Elçin Rza qarşılaşmaları oynanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: