NUHÇIXAN xəbər verir ki, Koreya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli Səfiri Kim Çang-gyunun səlahiyyət müddətinin başa çatması və ölkənin milli bayramı-Koreya dövlətinin yaranması günü ilə əlaqədar rəsmi qəbul təşkil edilib.
Səfirin dəvətilə Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov da bu rəsmi qəbulda iştirak edib.