“5 oktyabr – Beynəlxalq Müəllimlər gününə” həsr olunmuş bilik yarışması keçirilib

256

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyətlə əlaqələr bölməsindən  NUHÇIXAN-a bildirilib ki, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “5 oktyabr–Beynəlxalq Müəllimlər gününə” həsr olunmuş bilik yarışması keçirilib.

Viktorinanı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllimlər gününün yaranma tarixindən bəhs edib və bu əlamətdar gün münasibətilə gələcəyin müəllimlərini təbrik edib. Sonra bilik yarışmasına start verilib.

On komandanın iştirakı ilə 35 sual olmaqla iki mərhələdə keçirilən gərgin bilik yarışında I yerə Beynəlxalq münasibətlər və xarici dillər, II yerə İqtisad, III yerə isə Tarix-filologiya fakültəsinin tələbələri layiq görülüblər. Qalib komandalar diplom və fəxri fərmanla mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: