Diaqnostik qiymətləndirmə başladı

72

Təhsil Nazirliyi may ayı ərzində keçiriləcək növbəti diaqnostik qiymətləndirilmədə hansı kateqoriyaya aid şəxslərin iştirak edə biləcəyini açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, qiymətləndirmədə əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar iştirak edə bilər.

Diaqnostik qiymətləndirilmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirilmədən keçməyən şəxslərin də iştirak etməsi mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: