Ermənistanda 254 nəfər diplomatik pasportdan məhrum edilib

172

NUHÇIXAN-ın məlumatına görə, onların arasında keçmiş hökumət rəsmiləri də var. Siyahıda ilk sırada eks-prezidentlər Köçəryan və Sarkisyanın adları yer alır. Robert Koçaryanla yanaşı, həyat yoldaşı Bella Koçaryan, oğulları, gəlinləri və nəvələri də diplomatik pasportsuz qalıblar. Hətta Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyan da bu üstünlükdən məhrum edilib. Diplomatik pasportdan istifadə hüququnu itirənlərin siyahısında Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan, qızı, qardaşı Aleksandr Sarkisyan, keçmiş xarici işlər naziri Edvard Nalbandyan, “Taşir qrupu””nun sahibi Samvel Karapetyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, oliqarx-deputat Qaqik Sarukyanın ailəsi də var.  Yaxın günlərdə əvvəlki hökumətdə təmsil olunan digər rəsmi şəxslərin də diplomatik pasportdan məhrum ediləcəyi gözlənilir.

İstintaq Komitəsi isə gizli səs yazısı ilə bağlı dinləmələrə başlayıb. Ermənistan Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın gizli səs yazısının yayılması üzrə açılan cinayət işi çərçivəsində hər 2 məmurun istintaqa cəlb edilərək ifadələri alınıb. Xatırladaq ki, məlum səs yazısında Vanetsyanla Xaçatryan ölkənin sabiq prezidenti Robert Koçaryan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işindən danışıblar. Telefon söhbətində iki yüksək çinli məmur Xaçaturovun əvəzinə günahı sabiq müdafiə naziri Seyran Ohanyanın üzərinə atmağı planlaşdırıblar. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Səs yazısı sübut edir ki, Ermənistanda keçmiş hakimiyyətin nümayəndələrinə qarşı aparılan istintaq siyasi sifarişə əsaslanır. Bu həbslərin isə ədalətin bərqərar olmasına heç bir aidiyyatı yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: