Dağ kəndlərində kartof yığımı davam edir

191

Şahbuz rayonunun dağ kəndlərində kartof yığımına başlanılıb. Rayonda digər kənd təsərrüfatı bitkiləri kimi kartof əkininə də üstünlük verilir. Bu ilin məhsulu üçün rayonda 435 hektar sahədə kartof əkini keçirilib ki, bunun da böyük əksəriyyəti dağ kəndlərinin payına düşür. Kartof əkini əsasən rayonun Kükü, Keçili, Gömür, Ağbulaq, Biçənək kəndlərində daha çox aparılıb. Hazırda isə kartof yığımına başlanılıb. Torpaq mülkiyyətçilərinin bu kəndlərdə kartof əkininə üstünlük verməsinin əsas səbəbi isə burada aran bölgələrinə nisbətən havanın sərin keçməsidir. Həm də bu kəndlərdə kartof əkini üçün münbit olan qumlu torpaqlar çoxluq təşkil edir və bu da bol məhsul üçün əsas şərtdir.  Rayonda ən çox kartof əkənlərdən biri Ayrınc kənd sakini Sürayyə Quliyevadır və o, bu il Qanlıgöl yaylağında 3 hektar sahədə kartof əkini keçirib. Deyir ki, sahəyə ötən illərdə olduğu kimi,  çox böyük səylə qulluq etmişəm. Aqrotexniki qulluğu, suvarmanı vaxtlı-vaxtında aparmışam. Buradakı “Xan bulağı”nın suyu ilə suvarılan kartof daha dadlı və keyfiyyətli olur.

Bu sahənin inkişafına dövlətin göstərdiyi dəstək də böyükdür. Əkinçilərə sahələrə səpmək üçün hələ erkən yazdan gübrələrin verilməsi də işin gedişinə öz ahəngdar təsirini göstərir. Bununla yanaşı, digər kənd təsərrüfatı məhsullarının saxlanılması ilə yanaşı, rayonumuzda da soyuducu anbarın fəaliyyət göstərməsi məhsulumuzun növbəti aylar üçün saxlanmasına imkan verir.

                                                                          “Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: