Ölsəm daha yaxşıdır: Ermənistanda qocaların ifrat ağır sosial vəziyyəti

The Guardian” Ermənistandakı aclıq və səfalət barədə yazır

439

Böyük Britaniyanın “The Guardian” qəzetində Ermənistandakı aclıq və səfalətlə bağlı Nik Denziger adlı fotomüxbirin “Ölsəm daha yaxşıdır: Ermənistanda qocaların ifrat ağır sosial vəziyyəti” sərlövhəli məqaləsi dərc olunub.

NUHÇIXAN xəbər verir ki, məqalədə qeyd edilir ki, Ermənistanda baş verən siyasi çevriliş, geniş yayılmış yoxsulluq və səfalət, eləcə də gənclərin iş tapmaq məqsədilə Rusiyaya böyük axını ölkədə, xüsusilə də yaşlı insanların acınacaqlı vəziyyətə düşməsinə gətirib çıxarıb. Yaşı 75-dən yuxarı olan minlərlə insan qışda mənfi 30 dərəcə temperatur şəraitində həyat mübarizəsi aparır və verilən çox cüzi təqaüd isə onların yetərincə qidalanmaları və ya dərman əldə etmələrinə kifayət etmir.

Məqalə müəllifi Nik Denziger Din 2017-ci ilin əvvəlində onun İsveçrə, Monako və Ermənistanın Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri tərəfindən Ermənistanda yaşlıların vəziyyətini araşdırmaq və onlara kömək etmək üçün pilot layihəyə dəstək vermək məqsədilə bu ölkəyə ezam olunduğunu bildirir.

Nik Denziger yazır ki, bu, onun Ermənistanın şəhər və kəndlərinə birinci səfəri olmasa da, Ermənistanın Vanadzor şəhərindəki ifrat yoxsulluqla bağlı çəkiliş edərkən Hasmik adlı bir qadının keşməkeşli həyatını əks etdirib. Bu qoca qadının soyuqdan qorunmaq üçün evdə olan bütün paltarlara bürünməsini, aldığı çox aşağı təqaüdə isə gün ərzində sobanı qızdırmaq üçün odun ala bilməməsi, həmçinin yerli çörəkçidən belə gün ərzində güzəştli çörək ala bilməməsinin şahidi olub. Müəllif qadının susuz, işıqsız və qazsız bir evdə həyat mübarizəsi apardığını qeyd edir.

Müəllif vurğulayır ki, Ermənistanda olan bu sosial əziyyət kütləvi xarakter daşıyır. Məsələn, 68 min əhalisi olan Vanadzor şəhərində 20 mindən çox yaşlı insan yaşayır. Onların bir çoxu köməksiz və qayğısız həyat sürür. Çox aşağı təqaüd ilə burada, hətta ərzaq və istilik kimi əsas ehtiyacları ödəmək üçün pul tapmaq əsl mübarizəyə çevrilib. “2017-ci ildə burada çəkiliş etdikdə düşünürdüm ki, aclıq və səfalət içərisində yaşayan insanların acınacaqlı taleyini təsvir etdiyim fotoşəkillərlə, bu sosial vəziyyətlərini işıqlandırmaqla onların bu vəziyyətini üzə çıxacağına kömək etmiş olacağam”, – deyə N.Denziger yazır.

Bavakan Avestiyan adlı 80 yaşlı qoca qadın həyat yoldaşı ilə birlikdə Ermənistanın Gümrü şəhərinin mərkəzindəki birotaqlı evdə yaşayır. Bizim səfərimizdən üç il əvvəl avtomobil qəzasında ayağı qırılan qoca qadın o vaxtdan bəri yataq xəstəsidir və bütün gününü evdə keçirir. İndi o, həm də Parkinson xəstəliyindən əziyyət çəkir. “Mən zəngin bir qadın idim, hər kəsə əl tuturdum. İndi isə bu vəziyyətdəyəm. Ölsəm daha yaxşıdır”, – deyə o ağlayır. O, ömrü boyu toxuculuq fabrikində işləyib və hazırda ayda 35 min dram (55 funt sterlinq) təqaüd alır. “Qışda bu təqaüdün, demək olar ki, hamısı istilik kimi ehtiyacı ödəməyə sərf olunur. Mənim əsas problemim maliyyə ilə bağlıdır”, – deyə qoca qadın bildirir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: