Türkiyə Superliqası: “Beşiktaş” komandası turnir cədvəlində ikinci sıraya yüksəlib

123

Futbol üzrə Türkiyə Superliqasının yeddinci turunda “Beşiktaş” komandası “Kayserispor” klubunu qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahibləri matçın 34-cü dəqiqəsində Vaqner Lavın qolu ilə hesabı açıblar. 72-ci dəqiqədə isə “Beşiktaş”ın portuqaliyalı futbolçusu Rikardo Kvarejma fərqlənib.
Bu qarşılaşmadan sonra Şenol Günəşin baş məşqçisi olduğu komanda çempionatda xallarının sayını 14-ə çatdıraraq turnir cədvəlində ikinci sıraya yüksəlib.
Bu tur keçirilmiş oyunlarda çempionluğa iddialı komandalardan “Qalatasaray” klubu “BŞB Ərzurum”a minimal hesabla qalib gələrək 15 xalla çempionatda liderliyə yüksəlib.
Sentyabrın 30-da “Fənərbağça” səfərdə “Rizespor”la qarşılaşacaq. Çempionatda üçüncü sırada olan “Başakşehir” komandası isə oktyabrın 1-də “Yeni Malatyaspor”u qəbul edəcək.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: