Ahıllara bayram sovqatları verilib

297

NUHÇIXAN xəbər verir ki, 1 oktyabr “Beynəlxalq Ahıllar Günü” münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında sosial xidmətlər göstərilən tənha ahıllarla görüşlər keçirilib.  255 nəfərə bayram sovqatları təqdim edilib. Görüşdə qeyd edilib ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı həm də ahılların sosial müdafiəsinin gücləndirilməsinə, onların sosial rifahının daha da yaxşılaşdırılmasına şərait yaradıb. Hazırda muxtar respublikada tənha ahıllara evlərində sosial-məişət xidmətləri göstərilir. Ahıllara göstərilən xidmətlərin əsasını onların tibbi-sosial reabilitasiyası təşkil edir. Bununla yanaşı əlamətdar günlərdə onlarla görüşlər keçirilir, muxtar respublikanın görməli yerlərinə gəzintiləri təşkil olunur. Tədbirlərdə ahıllara bayram sovqatları təqdim olunub. Ahıllar göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbirə gələ bilməyən ahıllara bayram sovqatları evlərində təqdim edilib.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: