Avro 2024-ə ev sahibliyi edəcək Almaniya 12, Türkiyə isə 4 səs alıb

164

2024-cü ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etməyə namizəd ölkələrə verilən səslərin sayı bəlli olub.

NUHÇIXAN Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu gün Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) icraiyyə komitəsində keçirilən səsvermədə Avro 2024-ə ev sahibliyi etmək hüququ qazanan Almaniya 12 səs, onunla yarışan Türkiyə isə 4 səs alıb.

Səsverməyə münasibət bildirən Türkiyənin gənclik və idman naziri Mehmet Kasapoğlu bu qərarın təəssüf doğurduğunu bildirib. Nazir deyib ki, ölkəsinin təşkilatçılıq baxımından gücü, səviyyəsi, standartlarının yüksəldiyi bəllidir. İnfrastrukturun, stadionların keyfiyyəti, təzəliyi göz qabağındadır. Bu baxımdan itirdiyimiz bir şey yoxdur. İtirən AVRO-2024-dür. Türkiyənin qonaqpərvərliyi, çempionatın bu coğrafiyada, bu torpaqlarda keçirilməsi UEFA-ya çox şey qazandırardı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: