Elçin Mirzəbəyli: Ermənistan rəsmilərinin Trampın Nyu-Yorkda Paşinyanla görüşməməsinə verdikləri şərh gülüncdür

207

Ermənistanın xarici siyasət idarəsi və erməni diasporu uzun müddət idi ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Paşinyanın ABŞ Prezidenti Donald Tramp ilə görüşünün təşkil edilməsinə cəhd göstərirdi. ABŞ-ın kütləvi informasiya vasitələrində, xüsusilə də internet resurslarında Nikol Paşinyanın siyasi obrazına “demokrat” yamağı vurmaqla diqqəti hakimiyyətə, sözün bütün mənalarında, küçədən gələn baş nazirin stilist köməkçisinin yaratdığı personasına diqqət çəkməyə çalışırdılar. Lakin aparılan total təbliğatın da bir nəticəsi olmadı. Bir neçə gün öncə Paşinyanın sözçüləri hətta səfərin təxirə salınacağı barədə də mətbuata açıqlama vermişdilər. Sözünün əvvəli ilə sonu düz gəlməyən Paşinyan və komandası bu dəfə də elan etdiklərinin əksinə hərəkət etdilər.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert qeyd edib ki, Paşinyan böyük ümidlərlə ABŞ-a getdi, amma Donald Tramp daha ciddi məsələlərlə məşğul olduğu üçün Ermənistanın baş nazirinə hətta bir neçə dəqiqəlik vaxt ayırmaq istəmədi. Ermənistan rəsmiləri isə gülünc doğuran şərh verərək görüşün baş tutmamasını həm də Paşinyanın “gərgin iş rejimi” ilə əlaqələndirdilər. Məsələnin ən maraqlı tərəfi də elə burasındadır. Görəsən, Nikol Paşinyan hansı vacib işlərlə məşğul olub ki, onun da Donald Trampla görüşməyə vaxtı olmayıb. Bu adamla BMT Baş Assambleyasının sessiyası çərçivəsində bir kimsə görüşməyib, daha doğrusu, görüşmək istəməyib. Niyə də görüşsünlər axı? Nyu-York kimi ən müxtəlif, çeşidli və fərqli zövqlərə uyğun şou proqramların nümayiş etdirildiyi bir məkanda Paşinyanın əyalət səviyyəli erməni hiyləgərliyindən uzağa getməyən şoumenliyinə kim ehtiyac duya bilər ki?! Görünür, ABŞ Prezidenti də Paşinyanla görüşmək istəməyən digər dövlət və hökumət başçıları kimi zövqünü korlamaq istəməyib. Əgər ABŞ-da ənənəvi Şükran Günü bayramı olsaydı, o zaman bəlkə də Paşinyanın hind toyuqları ilə necə oynadığına tamaşa etmək olardı. Heyvanlarla, quşlarla oynamaq Ermənistanın baş nazirinin bacardığı ən yaxşı işdir. Amma nə etmək olar, Şükran Gününə hələ çox var…

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: