Məktəblilər arasında stolüstü tennis yarışı keçirilib

193

NUHÇIXAN xəbər verir ki, Babək rayon Nehrəm kənd 1 nömrəli tam orta məktəbində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında rayon tam orta məktəblərinin şagirdləri arasında stolüstü tennis turniri keçirilib. Turnirin keçirilməsində məqsəd məktəblilər arasında tennis idman növünün kütləviliyinə nail olmaq, onların zərərli vərdişlərdən uzaq tutulması və fəal idman həyatına cəlb edilməsidir. Olimpiya sistemi üzrə (uduzan çıxır ) və şəxsi birincilik əsasında keçirilən görüşlərdə I yerə Əli Novruzov, II yerə Ramil Abbasov, III yerə isə Zaman Məmmədov layiq görülüb. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim edilib. Stolüstü tennis turniri Babək Rayon Gənclər və İdman İdarəsinin, rayon Təhsil Şöbəsinin və YAP Babək Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: