Naxçıvan tarixi və İslam mədəniyyəti

183

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Culfa rayonunda “Naxçıvan tarixi və İslam mədəniyyəti” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar təşkil olunub.

Qeyd edilib ki, İslam mədəniyyətinin paytaxtı statusunu qazanmaq üçün müəyyən şərtlər var. Bu ada namizəd olan şəhərin zəngin tarixi olmalıdır. Şəhərdə qədimliklə müasirlik birləşərək vəhdət təşkil etməlidir. Qədim yurdumuz Naxçıvan tələb edilən bütün şərtlərə cavab verdiyindən bu ulu diyar İslam mədəniyyətinin paytaxtı elan edilib.

Vurğulanıb ki, muxtar respublikada dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, 55  gənc iştirak etdiyi tədbir Gənclər və İdman Nazirliyinin, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: