Naxçıvanda şahmat birincilikləri keçirilir

183

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının kuboku uğrunda şahmat üzrə Naxçıvan şəhər və Şərur rayon birincilikləri təşkil olunub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində keçirilən birincilikdə 60 oğlan və qız mübarizə aparır. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkil etdiyi yarış üç gün davam edəcək.

Qalib gələn şahmatçılara muxtar respublika mərhələsində iştirak etmək üçün sertifikatlar veriləcək.

Şərur rayonunda isə Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Şahmat Federasiyasının Şərur bölməsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında rayon birinciliyinə yekun vurulub. Yarışda 16 məktəbdən 50-dən çox şagird iştirak edib.

Komanda xarakteri daşıyan birinciliyin qalibi Ələkli kənd tam orta məktəbinin komandası olub. Aralıq kənd tam orta məktəbinin komandası ikinci, Çərçiboğan kənd tam orta məktəbinin komandası isə üçüncü yeri tutub.

Qaliblərə təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: