Naxçıvan məhsulları “Worldfood Moscow 2018” Beynəlxalq Ərzaq Sərgisində nümayiş olunub

172

Sentyabrın 17-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Worldfood Moscow 2018” sərgisi keçirilib.

NUHÇIXAN xəbər verir ki, Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə, çay, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və digər məhsulların istehsalı və ixracı ilə məşğul olan 35 Azərbaycan şirkəti təmsil olunub.

Sərgidə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərindən “Ləzzət Qida Sənaye” MMC-nin və Babək “Sirab” ASC-nin nümayəndələri iştirak ediblər.

Tədbirdə “Made in Azerbaijan” vahid ölkə stendi altında “Ləzzət Qida Sənaye” MMC tərəfindən istehsal olunan vafli peçenyelər, şokoladlı vaflilər və lokumlar, Babək “Sirab” ASC-nin isə bütün növ “Sirab” mineral suları nümayiş olunub.

Tədbir zamanı hər iki sahibkarlıq subyektinin nümayəndələrinin Rusiya Federasiyası və xarici şirkət rəsmiləri ilə əməkdaşlıq imkanları barədə müzakirələri olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: