Azərbaycanın iki güləşçisi Avropa çempionatının finalına yüksəlib

67

Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir.

NUHÇIXAN xəbər verir ki, ikinci yarış günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıblar.

Güləşçilərimizdən Rəsul Çunayev 3, Rafiq Hüseynov 2, Murad Məmmədov 1 görüşü qalib başa vuraraq yarımfinala yüksəliblər. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala adlayıblar. Finalda hər iki güləşçimizin rəqibi Rusiya təmsilçisi olacaq.

Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal görüşünə haqq qazanıb.

Elman Muxtarov (67 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşə çıxacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: