Bu il iyunun 19-da Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) layihəsinin rəsmi açılış mərasimi keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev Türkiyə jurnalistlərinə bildirib.
O qeyd edib ki, TANAP-dan Türkiyəyə ilk qazın verilişi iyulun ilk həftəsində planlaşdırılmışdı, lakin Türkiyədə seçkilərin (Prezident və Parlament) vaxtından əvvəl keçirilməsinə görə TANAP-ın rəsmi açılış mərasimi iyunun 19-da olacaq.