Ahıllar evinin sakinləri ilə görüş olub

321

NUHÇIXAN xəbər verir ki, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının  kollektivi Şahbuz şəhərindəki Ahıllar evində olub, sakinlərlə görüşüb.

Görüşdə bildirilib ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində ahıllara göstərilən xidmətlərin həcmi və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib, onların sağlam yaşayışı, maddi və mənəvi tələbatının ödənilməsi üçün dövlətimiz tərəfindən hərtərəfli şərait yaradılıb.

“Cahan Holdinq” həyata keçirdiyi uğurlu iqtisadi layihələrlə yanaşı  sosialyönümlü tədbirlərə də həssaslıqla yanaşır. Bu mənada, holdinq tərəfindən mütəmadi olaraq Şahbuz şəhərindəki Ahıllar evinin sakinləri ilə görüşlər keçirilir.

Sonra gətirilən qış geyimləri və hədiyyələr sakinlərə təqdim olunub.

                                                                                      Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: