Finlandiyanın səfiri: Naxçıvan şəhərində nəzərimi cəlb edən təmizlik, səliqə-sahman oldu

307

NUHÇIXAN xəbər verir ki, Finlandiyanın ölkəmizdəki səfiri xanım Arya Makkonen “Avropa günləri” çərçivəsində Naxçıvana səfəri zamanı muxtar respublikada alternativ enerji mənbələrindən istifadə və təhsillə bağlı görülən işləri xüsusi vurğulayıb.

Finlandiyalı diplomat öz fikirlərini jurnalistlərlə bölüşüb və bunları qeyd edib:
-İlk olaraq onu deyim ki, yerli insanların “Avropa günləri”nə böyük marağı diqqətimi cəlb etdi. Digər tərəfdən Naxçıvan şəhərində nəzərimi cəlb edən təmizlik, səliqə-sahman oldu. Burada olarkən onu da öyrəndik ki, Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir. Bu, ciddi göstərici, böyük nailiyyətdir. Bu gün Finlandiyanın Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə münasibətlərində təhsil mühüm yer tuta, bu sahə daha da inkişaf etdirilə bilər. Tarixdən də bilirik ki, 100 il bundan əvvəl bizim ölkəmiz çox kasıb idi. Ancaq yaxşı təhsilimizin sayəsində bu gün iqtisadi cəhətdən kifayət qədər güclü bir ölkəyə çevrilmişik. Bu, bir daha onu göstərir ki, təhsil hər bir ölkənin gələcək inkişafında əvəzolunmaz rol oynayır. Onu da qeyd edim ki, yaxşı təhsilin nəticəsi olaraq yetişən yüksəkixtisaslı kadrların hesabına bu gün Finlandiya alternativ enerji mənbələrindən istifadəyə görə dünyanın ən qabaqcıl ölkələrindəndir. Bu mənada, Naxçıvanda təhsilin inkişafı istiqamətində görülən işlər gələcəkdə böyük nailiyyətlərin əldə olunmasına yol aça bilər. Ümid edirəm ki, həm alternativ enerji mənbələrindən istifadəni, həm də təhsil sahəsində ölkənizlə əlaqəli əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: