TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır

148

Bakıda III Azərbaycan beynəlxalq “ADEX-2018” silah sərgisinin açılması ilə əlaqədar TASS agentliyi Rusiya silahlarının satışı sahəsində Rusiya ilə Azərbaycanın hərbi-texniki əməkdaşlığı barədə analitik material dərc edib.

NUHÇIXAN həmin materiala istinadla xəbər verir ki, sentyabrın 25-dən 27-dək Bakıda dünyanın 29 ölkəsindən 224 şirkətin iştirak etdiyi III Azərbaycan beynəlxalq “ADEX-2018” silah sərgisi keçirilir.

“Rosoboroneksport” dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev deyib: “Biz bu sərgidə Rusiya üçün çox əhəmiyyətli olan Xəzəryanı region ölkələri ilə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi sahəsində qiymətli və daha vacibi, çox müsbət təcrübə qazanırıq. Biz Xəzəryanı ölkələrə həm hərbi texnika, həm də ona xidmət edilməsi və onun təmiri, mütəxəssislər hazırlığı ilə əlaqədar müxtəlif infrastruktur layihələri təklif edirik”.

Rusiya Azərbaycanın hərbi-texniki məhsullar aldığı ölkələr arasında aparıcı yerlərdən birini tutur. Prezident İlham Əliyev bu il sentyabrın 1-də Rusiya Prezidenti Vladimir Putin ilə danışıqların yekunu kimi bəyan edib ki, Azərbaycan Rusiyada dəyəri 5 milyard dollardan çox olan hərbi məhsullar alıb və bu rəqəm artacaq.

Hazırda Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır. Stokholmdakı Dünya Problemlərini Araşdırma İnstitutunun (SIPRI) hesablamalarına görə, 2006-2016-cı illərdə Azərbaycanın idxal etdiyi müdafiə məhsullarının ümumi həcmində Rusiya silahlarının payı təqribən 22 faiz olub.

1991-ci ildə SSRİ dağılandan sonra 2005-ci ilə qədər Rusiya Azərbaycana silah satmayıb. Sonrakı illərdə Azərbaycan Rusiyadan yeni modelli helikopterlər, tanklar, zirehli təmir-təxliyə maşınları, zirehli transportyorlar, tank əleyhinə komplekslər, artilleriya sistemləri və sair mallar alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: