Səfir Viktor Szederkenyi: Naxçıvanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün böyük potensial var

143

Tarix və mədəniyyət əsrlərlə bir-birinə qovuşmuş dəyər kimi Naxçıvanın simasında öz əksini tapıb. Naxçıvanın böyük turizm potensialının olduğunu gördük və bu, Avropa ölkələrindən Naxçıvana gəlmək istəyən turistlər üçün mühüm amildir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi deyib.

“Hava limanında olarkən ilk hiss etdiyim və gördüyüm bu yerlərin saf havası və təmizliyi oldu. Şəhərin mərkəzinə doğru gəldikdə isə Naxçıvanın hər baxımdan zəngin bir şəhər olduğunu görürsən. İnsanların qonaqpərvərliyi, səmimi rəftarı məndə xoş əhval-ruhiyyə yaratdı”, – deyən səfir bildirib ki, “Avropa günləri” çərçivəsində Naxçıvanın iqtisadiyyatı, o cümlədən sənaye və kənd təsərrüfatı sahələri ilə bağlı lazımi məlumatlar əldə etdik.

Viktor Szederkenyi deyib: “Naxçıvanda keçirilən “Avropa günləri” bizə imkan verdi ki, Azərbaycanın bu qədim bölgəsini daha yaxından tanıyaq. Onu da qeyd edim ki, Naxçıvanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələri, həmçinin təhsil sahəsində əməkdaşlıq üçün böyük potensial var. Ümid edirəm ki, bu əməkdaşlıq əlaqələri daha geniş şəkildə inkişaf etdiriləcək”.

Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələri sentyabrın 21-dən 23-dək Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində bu qədim diyarda səfərdə olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: