“Avropa günləri”ndə könüllü kimi iştirak edən gənclərlə görüş olub

221

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Naxçıvanda keçirilən “Avropa günləri”ndə könüllü kimi iştirak etmiş gənclərlə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, dövlətin apardığı gənclər siyasəti nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevriliblər. Son illər bu sahədə görülən işlər, həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Bu gün Naxçıvan gəncləri öz intellektual səviyyələri, bilik və bacarıqları ilə ölkədə tanınır və qəbul olunurlar. Muxtar respublikada keçirilən əhəmiyyətli tədbirlərdə gənclər həmişə  ön sıradadırlar. Onların fəaliyyəti dövlətimiz tərəfindən ən yüksək səviyyədə dəstəklənir.

Nazir gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və “Avropa günləri”ndə könüllü kimi iştirak edən  gənclərə nazirlik tərəfindən sertifikatlar təqdim edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: