Naxcivantv.az saytının verdiyi xəbərə görə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi bu gündən “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda təlimlərə start verib.
Təlim Maliyyə və Vergilər Nazirliyinin peşəkar ixtisaslaşmış kadrlardan seçilmiş mütəxəssislər tərəfindən aparılır. Təlimə müəyyən olunmuş büdcə təşkilatlarında 20 nəfər mühasibat işçisi dəvət olunub. 4 gün ərzində keçiriləcək təlimdə büdcə təşkilatlarında smeta xərclərinin planlaşdırılması, xəzinə əməliyyatlarının təşkili, vergi uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanması kimi mövzular üzrə təlimlər aparılacaq. Tədris planına uyğun olaraq müxtəlif təşkilatlar üçün bu cür təlimlərin ayda 2 dəfə keçirilməsi nəzərdə tutulub. Kursların yekununda tədris olunan mövzular ilə bağlı müvafiq qiymətləndirmə mərhələsindən sonra iştirakçılar Maliyyə Tədris Mərkəzinin Sertifikatları ilə təmin ediləcəklər.
Vüsal Muradov
NTV xəbər