Etirazçılar Yerevan aeroportuna gedən yolu bağlayırlar

76

Etirazçılar Yerevanın “Zvartnots” aeroportuna gedən yolu bağlamağa başlayıblar.

NUHÇIXAN-ın məlumatına görə, hazırda aksiya iştirakçıları yolu hər iki tərəfdən bağlayırlar. Polis nümayişçilərdən yolu açmağa tələb edir.

Etiraz aksiyalarının rəhbəri Nikol Paşinyan tərəfdarlarını mayın 2-si səhər saatlarından ümumi vətəndaş itaətsizliyi aksiyasına başlamağa, ölkədə tətil elan etməyə və aeroporta gedən bütün yolları bağlamağa çağırıb.

Qeyd edək ki, ötən gün Ermənistan parlamentində Nikol Paşinyan baş nazir seçilə bilməyib. Belə ki, deputatların 45-i onun lehinə səs (53 zəruri səs lazım idi) versə də, bu, kifayət etməyib. Qanuna əsasən, parlament növbəti dəfə baş nazir seçməyə çalışmalıdır. Əks halda qanunverici orqan avtomatik buraxılacaq.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda N.Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı başlayan aksiyalar davam edir. Aprelin 23-də S.Sarkisyan vəzifəsindən istefa verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: