Tütün qırımı davam edir

222

NUHÇIXAN xəbər verir ki, bu il Kəngərli rayonunun  Böyükdüz, Xıncab, Çalxanqala, Qarabağlar və Xok kəndlərində, ümumilikdə, 26 hektar sahədə tütün əkilib. Əkinlər “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqı və fermerlər tərəfindən həyata keçirilir. Tütün şırım üsulu ilə əkilib və sahələrə vaxtlı-vaxtında aqrotexniki qaydalara uyğun qulluq göstərildiyindən məhsuldarlıq çox yüksəkdir. Həmin sahələrdə də “Virciniya” və “Oriental” tütün sortları becərilir.

Qeyd edək ki, artıq iyul ayından etibarən tütünün qırımına başlanılıb. İndiyədək  sahələrdən 144 tona yaxın məhsul götürülüb. Bu isə əldə edilən ən yaxşı nəticədir. Qırım işi hazırda davam edir. Sahələlərdən tədarük olunan tütün Tütünyetişdirmə Təsərrüfatındakı anbarlara təhvil verilir. Ötən ildən Kəngərli rayonunda Tütünyetişdirmə Təsərrüfatı fəaliyyətə başlayıb. Təsərrüfatın ərazisində istixanalar, yeraltı su anbarı, tütünqurutma yeri və anbarlar yaradılıb.

 

“Yeni həyat” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: