Ermənistan parlamenti Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib

61

Ermənistan parlamentinin deputatları müxalifət nümayəndəsi Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyib .

NUHÇIXAN TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Paşinyanın namizədliyinin lehinə yalnız 45 deputat səs verib. Onun seçilməsi üçün parlament üzvlərinin minimum 53-nün səsi tələb olunurdu.

Bir qədər əvvəl Ermənistanın hakim Respublika partiyasının parlament fraksiyasının rəhbəri Baqram Baqdasaryan bəyan etmişdi ki, onlar Nikol Paşinyanın baş nazir postuna namizədliyinin əleyhinə səs verəcəklər.

“Cənab Paşinyan bizi inandıra bilmədi”, – Baqdasaryan belə deyib.

Ermənistan qanunvericiliyinə görə, əgər deputatlar baş naziri seçə bilməsələr, bundan sonrakı 7 gün ərzində yeni seçkilər keçirilməlidir. Əgər ikinci cəhd də uğursuz nəticələnərsə, parlament buraxılmalıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: