Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir

176

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Bu torpaqların tarixi toponimləri, tarixi abidələri, bizim milli irsimiz onu göstərir ki, bu torpaqlarda Azərbaycan xalqı əsrlər boyu yaşayıb.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda bildirib.

“Bu gün bu torpaqlar işğal altındadır”, – deyən dövlətimizin başçısı bildirib ki, nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən yeddi rayon da Ermənistan tərəfindən işğal edilib. Bu torpaqlarda bütün infrastruktur dağıdılıb. Dağıdılmış şəhərlərimizin şəkilləri internetdə dərc edilir, bunu hər kəs görə bilər. Bizim bütün milli sərvətimiz, muzeylərimiz ermənilər tərəfindən talan edilib, tarixi abidələrimiz, məscidlərimiz dağıdılıb. Azərbaycan xalqına qarşı hərbi cinayət törədilib. Xocalı soyqırımı törədilib, bir gecə ərzində ermənilər 600-dən çox günahsız insanı, o cümlədən 100-dən çox qadını, 60-dan çox uşağı vəhşicəsinə qətlə yetiriblər. Bu gün 10-dan çox ölkənin parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb və bu proses bundan sonra da gedəcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: