Tənənəm sakinlərinə yeni film təqdim edilib

421

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət  Nazirliyinin təşəbbüsü ilə  muxtar respublikada “Azərbaycan kinosu günü” layihəsi həyata keçirilir. Naxçıvan  Dövlət  Film Fondu layihə  çərçivəsində Şərur rayonu Tənənəm kəndinin sakinlərinə  “Üçüncü günün adamı” filminin nümayişini təşkil edib.

Psixoloji dram janrında çəkilən filmin rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, bəstəkarı Firudin Allahverdidir. Rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli, Mehriban Zəki və digərləri canlandırır.

Film  Kəlbəcər  rayonundan olan şəxsin Qarabağ hadisələri ərəfəsində həbsxanaya düşməsi, azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etmək üçün müxtəlif yollar axtarmasından bəhs edir. Film kənd ictimaiyyəti tərəfindən  böyük maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: