Naxçıvan Dövlət Texniki Kollecində Heydər Əliyev lektoriyasının məşğələsi keçirilib
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda çıxış edib.
1991-ci ilin oktyabrında müstəqillik qazanan Azərbaycan üçün Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. 1993-cü ildə xalqın təkidli dəvəti ilə Naxçıvandan Bakıya gedən Ulu öndər qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Ölkəni sabit inkişaf yolu qoymaq üçün əlindən gələni edib.
Vurğulandı ki, ümummilli liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin tarix, etnoqrafiya və arxeologiya institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev fenomen şəxsiyyət Heydər Əliyevin səmərəli fəaliyyəti barədə danışıb və onun gördüyü işlərin haqqında danışmağın hər kəsin borcu olduğunu vurğulayıb. Çünki, məhz o uzaqgörən insanın siyasəti nəticəsində bu gün sabitlik və əmin-amanlıq şəraitində yaşayırıq. Azərbaycan artıq müxtəlif xarakterli – siyasi, iqtisadi , idman və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir.
Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan film nümayiş olunub.