İsveç dünyanın yaxşılaşdırılması işində başqa ölkələrdən daha çox səy göstərir

146

İsveç dünyanın yaxşılaşdırılması işində başqa ölkələrdən daha çox səy göstərir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Amerikadakı “Qlobal İnkişaf Mərkəzi” adlı qeyri-kommersiya analitik mərkəzinin məruzəsində bəhs edilir.

Mərkəzin tədqiqatçıları bu işi “İnkişaf indeksinə sədaqət – 2018” adlandırıblar. Araşdırmada dünyanın ən zəngin 27 ölkəsinin yoxsul ölkələrdəki insanlara yardım göstərilməsi üzrə səyləri qiymətləndirilir, habelə yoxsul ölkələrdə yaşayan beş milyarddan çox insanın həyatına bu siyasətin nə dərəcədə səmərəli təsir göstərməsi təhlil edilir.

Məruzədə dünyanın yoxsul əhalisini dəstəkləmək üçün varlı ölkələrin gördüyü işlər vurğulanır. İllik indeksdə başqalarına kömək göstərilməsi ilə yanaşı, həm də ölkələrin yürütdüyü siyasət təhlil olunur. Zəngin ölkələr tərəfindən maliyyə, texnologiyalar, ətraf mühit, ticarət, təhlükəsizlik və miqrasiya sahələrində göstərilən siyasi səylərə qiymət verilir.

2018-ci ilə aid məruzədə Avropa ölkələri liderlik edirlər. Bu indeksə görə 12 ən yaxşı mövqe Avropa ölkələrinə məxsusdur, İsveç isə birinci yerdədir.

İsveç dünyanın yoxsul ölkələrinə ən çox kömək göstərən ölkələrdən biridir. Məruzədə bu kömək “yardım” adlanır. İsveç həm də ətraf mühit və miqrasiya sahəsində öz siyasətinə görə yüksək qiymətə layiq görülüb. Bununla belə, indeksi tərtib edənlərin fikrincə, İsveç təhlükəsiz və etibarlı dünya yaradılması üçün kifayət qədər səy göstərmir. Bu göstərici üzrə İsveç 27 ölkə arasında 20-ci yerdədir. Bu onunla bağlıdır ki, İsveç yoxsul və qeyri-demokratik ölkələrə çoxlu silah satır.

Qeyd edək ki, indeksdə sonrakı iki yeri İsveçin qonşuları – Danimarka və Finlandiya, sonuncu yerləri isə Polşa, Yunanıstan və Cənubi Koreya tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: