Avropa çempionatında güləşçimizi uduzduran hakimlər cəzalandırılıb

70

Güləş üzrə Avropa çempionatının ilk günündə İslam Abbasovun Rusiya təmsilçisi Bekxan Ozdoevlə qarşılaşdığı yarımfinal görüşündə nəticəyə təsir edən hakim səhvi ilə bağlı Azərbaycan Güləş Federasiyasının rəhbərliyi Dünya Güləş Birliyinə (DGB) şikayət edib.

NUHÇIXAN xəbər verir ki, görüş ərzində rusiyalı idmançı güləşçimizin trikosundan dartaraq müdafiə olunmağa çalışıb. Hakimlər isə idmançıya heç bir xəbərdarlıq etməyib. DGB Hakimlər Kollegiyasının sədri Antonio Silvestri hakimlərin etdiyi səhvə görə, üzrxahlıq edib, görüşü idarə edən Finlandiya, Belarus və Almaniya təmsilçisi hakimlər 1 günlük çempionatı idarə etməkdən məhrum ediliblər.

Xatırladaq ki, güləş qaydalarına əsasən, rəqibin geyimindən tutduğuna görə, idmançı 2 xal və xəbərdarlıqla cəzalandırılır. Belə olacağı təqdirdə İslam Abbasov görüşü qalib başa vurub, finala yüksələcəkdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: