Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb

150

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, səfər çərçivəsində Elmar Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: